“Yuventus”un arzusu
03.08.2023 - 09:50
“Yuventus”un arzusu

“Yuventus” daha bir futbolçuya elçi düşüb.

Apasport.az saytı xəbər verir ki, Turin təmsilçisi "Nitsa"nın müdafiəçisi Jan-Kler Todibonu gözaltı edib. 

23 yaşlı fransız son mövsümdəki oyunu ilə “Qoca sinyora”nın diqqətini cəlb edə bilib. Vaxtilə “Barselona”da çıxış etmiş arxa xətt oyunçusu yaxın günlərdə İtaliyaya köçə bilər.

Qeyd edək ki, karyerası ərzində 130 rəsmi oyuna çıxan Todibo 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0