“Yuventus”un gözü Marsialda
25.07.2022 - 14:16
“Yuventus”un gözü Marsialda

“Mançester Yunayted”in futbolçusu Antoni Marsial daha bir klubun maraq dairəsinə düşüb. 

Apasport.az saytının məlumatına görə, “Yuventus” fransalı hücumçunu heyətinə qatmağı planlaşdırır.

Turinlilər ona Alvaro Moratanın alternativi kimi baxıb. Amma mançesterlilər də Marsialı satmaq fikrindən uzaqdır. Çünki Kriştiano Ronaldonun taleyinə hələ də aydınlıq gəlməyib.

Qeyd edək ki, Marsial ötən mövsümün 8 oyununda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0