
Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, D qrupunda yer alan komandamız Bakıda Ukrayna yığmasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Yunanıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
DÇ-2026 seçmə mərhələsi
II tur
20:00. Azərbaycan - Ukrayna
Tofiq Bəhramov adına Respublika Stadionu.
Baş hakim: Vassilis Fotias
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis
Dördüncü hakim: Anastasios Papapetru
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos