
Yeni mövsümün hazırlıqlarını Polşada davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.
Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək. Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.