"Fənər"ə və "Qalatasaray"a yox dedi, "Yuventus"u seçdi
02.07.2025 - 10:55
Son olaraq Fransa Liqa 1 təmsilçilərindən "Lill"də çıxış edən Conatan Deyvid karyerasını İtaliyada davam etdirməyə çox yaxındır.
Apasport.az xəbər verir ki, "Yuventus" 25 yaşlı hücumçunu heyətinə qatmağı planlaşdırır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, "qoca sinyora" forvardla danışıqları yekunlaşdırmaq üzrədir və keçidin yaxın zamanda baş tutması gözlənilir.
Xatırladaq ki, Deyvid 2020-ci ildən "Lill"də çıxış edirdi. Kanada millisinin üzvü bu müddət ərzində komandanın heyətində 232 oyuna çıxıb, 109 qol vurub və 30 assistlə yadda qalıb.
- Tedeskodan uğursuz debüt - “Fənər” səfərdə məğlub oldu - YENİLƏNİB
- “Sabah”ın futbolçusu zədələndi - XƏSTƏXANAYA APARILDI
- “Səbail”in kapitanı ilə baş məşqçisi arasında gərginlik - SON DƏQİQƏ
- Olimpiya çempionu "Atletiko"da - RƏSMİ
- DÇ-2026: Türkiyə pley-offda, Rumıniya və Uelsdən darmadağın - YENİLƏNİB
0
0