Azərbaycanda daha bir stadion təmirə bağlanır - EKSKLÜZİV
21.04.2025 - 14:36
Azərbaycanda daha bir futbol stadionunda təmir işləri aparılacaq.
Apasport.az saytına verilən məlumata görə, Şəki şəhər stadionunun ot örtüyü dəyişdiriləcək.
“Sheki City” klubunun ev oyunlarını keçirdiyi arenada yenilənmə işlərinə yaxın müddətdə başlanacaq.
Təbii ot örtüyü süni ilə əvəzlənəcək. Stadionda keyfiyyətli və əlverişsiz mühit üçün dözümlü meydança salınacaq.
Qeyd edək ki, II Liqada çıxış edən “Sheki City” hazırda 14 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
- Lamiyə Vəliyeva Kimdir? İkiqat Paralimpiya Çempionumuz Barədə Bilmədiklərimiz
- Samir Abasov: “Referinin düzgün qərar verdiyinə inanıram”
- "Qarabağ" “Şamaxı”ya məğlub oldu - YENİLƏNİB
- İşıqlı gələcək üçün yenidən elitaya - "Mingəçevir"in Premyer Liqa şansları
- Adrian Skarlatake: "Mirça Rednik yenidən Azərbaycana qayıtmaq istəyir"
0
0