"Qarabağ" məşqlərə start verdi
05.01.2024 - 23:21
"Qarabağ" məşqlərə start verdi

"Qarabağ" təlim-məşq toplanışına start verib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Komanda "Azersun Arena"da çalışmalara başlayıb. Məşq prosesində ağdamlıların yeni transferi Aleksey İsayev də yer alıb.

Qeyd edək ki, "Qarabağ" təlim-məşq toplanışında 1 yoxlama matçı keçirəcək. Komanda yanvarın 15-də "Zirə" ilə qarşılaşacaq.

writer photo
İsmayıl Xeyrullayev
0