"Qarabağ" heyətini gücləndirmək üçün axtarışlara start verib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi müdafiə xəttini gücləndirmək niyyətindədir.
Klub rəhbərliyi yayda karyerasını bitirəcək olan Bədavi Hüseynovun yerini yeni futbolçu ilə doldurmaq istəyir. Həmçinin digər stoper Sami Mmaenin də komandanı tərk edəcək olması bu istəyi məcburi edib.
"Qarabağ"ın skautları hazırda müdafiəçi axtarışlarını davam etdirir. Transfer pəncərəsində iki yeni müdafiəçinin keçidinin reallaşması gözlənilir.
Xatırladaq ki, daha öncə Bəhlul Mustafazadənin də yayda komandanı tərk edəcəyi bildirilib.
- "Zirə"nin legioneri uğrunda mübarizə davam edir - 1,5 milyon avro
- Rəşad Sadıqov "biletini kəsdi": Azərbaycanı tərk etdi - ÖZƏL
- Paralimpiya Oyunları: Yaranma Tarixi, Səbəbləri və Əfsanələri
- "Neftçi"də gözlənilməz ayrılıq - Komandanın liderlərindən biri yola salındı
- Latviya millisinin sabiq üzvü: “Azərbaycan ciddi rəqibdir”