"Barselona" "Nyukasl"ın liderini istəyir
12.01.2024 - 21:55
"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraynş komandanı tərk edə bilər.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona" İngiltərə klubunun liderini heyətinə qatmaq istəyir.
Kataloniyalılar Bruno ətrafında yaranmış vəziyyəti diqqətlə izləyir. La Liqa təmsilçisi "Nyukasl"a təxminən 80 milyon avro təklif etməyə hazırdır. Həmçinin, "Barselona" transfer məbləğini azaltmaq üçün keçidə öz oyunçularını da qatmaq niyyətindədir.
Qeyd edək ki, İngiltərə klubunun maliyyə durumunu düzəltmək üçün Gimaraynşı satmağı nəzərdən keçirdiyi bildirilir.
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ozan Can oynadı, komandası heç-heçə etdi
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- Elvin Əlizadə: "Bunun nəticəsini birlikdə görəcəyik"
- Əlizadədən qızıl, İmranovdan gümüş medal
0
0