"Fənərbaxça" yenidən liderliyə yüksəldi
17.02.2024 - 23:08
"Fənərbaxça" yenidən liderliyə yüksəldi

Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, liderlərdən "Fənərbaxça" da növbəti matçına çıxıb.

Komanda səfərdə "Rizespor"la qarşılaşıb. İstanbullular 3:1 hesablı qələbə qazanıb. "Sarı-lacivərtlilər"in heyətində Sərdar Dursun, Edin Ceko və İrfan Can Kahveci fərqlənib. Meydan sahiblərinin qoluna isə Yankov Minçev imza atıb.

Qeyd edək ki, bu qələbə ilə xalını 67-ə çatdıran "Fənərbaxça" turnir cədvəlində 1-ci pilləyə yüksəlib.

writer photo
İsmayıl Xeyrullayev
0