Jiru "Milan"ı tərk edir
04.01.2024 - 19:28
"Milan"da ayrılıq baş verə bilər.
Apasport.az xəbər verir ki, Olivye Jiru komandanı tərk etməyə yaxındır.
Onun klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. Lakin futbolçu sözləşməni yeniləməyi düşünmür. Buna səbəb milanlıların yeni hücumçu axtarışında olmasıdır. Belə olan halda, forvard əsas heyətdəki yerini itirə bilər və o, ehtiyat oyunçu olmaq arzusunda deyil.
Qeyd edək ki, fransalıya MLS klublarından təkliflər olduğu bildirilir.
- Samir Abasov: “Sadəcə bunu açıqlaya bilmərəm”
- Nazim Əliyev: "Ondansa yerli məşqçiyə uzunmüddətli güvənmək olar"
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib
- "Mançester Yunayted"də 3 yeni müqavilə
0
0