Matsen "Borussiya"nın hədəfində
02.01.2024 - 20:32
"Çelsi"nin müdafiəçisi Yan Matsen karyerasını "Borussiya"da davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Dortmund klubu arxa xətt oyunçusunu heyətinə qatmağı planlaşdırır. Almaniyalılar hələ 2022-ci ilin mayından futbolçu ilə maraqlanır.
Artıq tərəflər onun yanvarda mümkün transferi ilə bağlı artıq danışıqlar aparıb. "Zadəganlar" Matsen üçün 30 milyon funt-sterlinq tələb edir. "Borussiya" hazırda həmin məbləği ödəyə bilmir. Buna görə də futbolçunu icarəyə götürmək istəyir.
Qeyd edək ki, Matsen bu mövsüm Premyer Liqada 12 oyunda meydana çıxıb.
- Milyonlar xərclənən legionerlərimiz hardadır? - Yerli və milli toplanış
- "Zirə"nin futbolçusu uğrunda mübarizə qızışır - "Fənərbaxça", "Beşiktaş" və Fransa nəhəngi...
- "Neftçi" Meza Kollidən imtina etdi: "Ağ-qaralar" almaniyalını hədəfləyir
- Nadal Leyver Kubokunda iştirak etməyəcək
- Ter Ştegen sıradan çıxdı - "Barselona"ya qayıda bilər
0
0