Mukiele "Bavariya" ilə anlaşdı
11.01.2024 - 22:58
Mukiele "Bavariya" ilə anlaşdı

PSJ-nin müdafiəçisi Nordi Mukiele "Bavariya"ya keçməyə yaxındır.

Apasport.az xəbər verir ki, o, münhenlilərlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 

"Bavariya" futbolçunu heyətinə qatmaqda israrlıdır. Mukiele də karyerasını Almaniyada davam etdirmək istəyir.

Qeyd edək ki, o, bu mövsüm bütün yarışlarda 10 matçda iştirak edib və bir məhsuldar ötürmə verib.

writer photo
İsmayıl Xeyrullayev
0