
Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti görüşünə çıxır.
Apasport.az-ın məlumatına görə, Ayxan Abbasovun başçılıq etdiyi yığmamız Ukrayna ilə üz-üzə gələcək.
Qarşılaşma Polşanın Krakov şəhərində baş tutacaq və oyuna saat 22:45-də start veriləcək.
Hazırda Azərbaycan yığması qrupun son pilləsində qərarlaşıb və aktivində cəmi bir xal var. Ukrayna komandası isə 4 xalla ikinci yerdədir. Fransa 9 xalla liderliyini davam etdirir, İslandiya isə 4 xalla üçüncü pillədədir.
DÇ-2026
Seçmə mərhələ, IV tur
13 oktyabr
22:45 Ukrayna – Azərbaycan
Baş hakim: Sebastyan Qisxamer (Avstriya)