Futbol üzrə Azərbaycan II Liqasında pley-off matçının nominal meydan sahibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bununla əlaqədar keçirilən püşkatma mərasimində PFL-lə yanaşı, “Lerik” və “Şirvan” klublarının nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Lerik” klubun nümayəndəsi Bəxtiyar Əliyev, “Şirvan” klubun meneceri Miremin Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Lerik” nominal meydan sahibi olub.
Qeyd edək ki, II Liqa uğrunda pley-off qarşılaşması mayın 29-da “ASCO Arena”da, saat 16:00-da start götürəcək.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- "Kayserispor"da baş məşqçi ayrılığı
- ATF-nin təşkilatçılığı ilə dan imtahanı keçiriləcək
- "İnter" Çalhanoğlu transferi barədə: "Razılığa gəlmək mümkün deyil"
- Conatan Tah bu şərtlə "Mançester Yunayted"ə keçməyə hazırdır