Maqsud Adıgözəlov: "Nəticələrdən narazıyıq, Berezutskidən yox"
11.04.2025 - 12:12
Maqsud Adıgözəlov: "Nəticələrdən narazıyıq, Berezutskidən yox"

"Hazırda komandada bəzi uğursuzluqlar var".

Apasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov deyib. 

Adıgözəlov baş məşqçi bütün uğursuzluqlara baxmayaraq, Vasili Berezutski ilə işləməyə davam edəcəklərini bildirib: 

"Berezutski ilə kontaktımız var. Onunla işləməyə davam edirik. Mövsümün sonunda onunla danışıqlar aparacağıq. Görək qərarımız necə olacaq. Baş məşqçidən narazı olduğumla bağlı iddialar həqiqəti əks etdirmir. Biz nəticələrdən narazıyıq, baş məşqçidən yox".