17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nərgiz Qurbanova Bakıda təşkil edilən Avropa çempionatının II seçmə mərhələsində Bolqarıstan yığması (3:2) ilə keçirilən oyunla bağlı danışıb.
Apasport.az xəbər verir ki, o bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib:
“Bolqarıstanla çətin oyunda qalib gəldik. Rəqibi öncədən təhlil etmişdik və bizi gərgin mübarizənin gözlədiyini bilirdik. Bolqarıstan yığması ilk matçla müqayisədə bizə qarşı əsas heyət oyunçularını meydana buraxmamışdı. Bu da onların görüşə rahat çıxdıqlarını göstərirdi. Fürsəti lazımınca dəyərləndirərək birinci hissədə əks-hücumdan qol vurduq. İkinci hissədə bolqarların əsas heyət üzvləri mübarizəyə qoşuldular. Buna baxmayaraq, ikinci qolu vurmağmız komandamızı ruhlandırdı və qələbəyə inamı artırdı. Son dəqiqələrdə hesabda bərabərlik yaransa da, sona qədər eyni ruh yüksəkliyi ilə çıxış etdik. Nəticədə qələbə qolunu vurmağı bacardıq”.
Qeyd edək ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz ilk iki turdan sonra 3 xalla ikinci pillədə qərarlaşır. Komandamız son tur çərçivəsində martın 18-də Malta seçməsi ilə qarşılaşacaq.
- “Adriatik incisi”: Bir boksçumuz finala yüksəlib, üçü bürünc medal qazanıb
- Çempionlar Liqasının ən yaxşı futbolçularının reytinqi - Siyahı
- Yeniyetmə boksçularımız Gürcüstan millisi ilə hazırlığa başlayıb
- Osimhenin İstanbula gəliş tarixi açıqlanıb
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB