Səudiyyə Ərəbistanı klublarının ulduz futbolçulara marağı davam edir.
Apasport.az "Marca"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu "Real Madrid"in hücumçusu Vinícius Junior üçün sensasiyalı təklif hazırlayıb.
Məlumata görə, braziliyalı futbolçu son açıqlamalarında karyerasını Madriddə davam etdirmək istədiyini bildirsə də, onun gələcəyi ilə bağlı söz-söhbətlər səngimir. İspaniya mətbuatının iddiasına əsasən, Səudiyyə Ərəbistanı klubları Vinisiusu heyətinə qatmaqda israrlıdır və bu yarışda əsas favorit məhz “Əl-Əhli” hesab olunur.
Klub 23 yaşlı ulduza 1 milyard avro dəyərində müqavilə təklif etməyə hazırdır.
Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.
- Qubada futzal turniri keçiriləcək
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
- Kurban Berdıyev İqnatyevin vəfatı ilə bağlı başsağlığı verib
- İsko son 6 ildə ilk dəfə İspaniya millisinin heyətində meydana çıxıb
- "Neftçi"nin keçmiş baş məşqçisi Super Liqa klublarının radarına düşüb