“Beşiktaş” azarkeşləri “Trabzonspor”la matça buraxılmayacaq
09.12.2025 - 17:54
Türkiyə Super Liqasının XVI turu çərçivəsində keçiriləcək “Trabzonspor” – “Beşiktaş” qarşılaşmasına qonaq komandanın azarkeşləri buraxılmayacaq.
Apasport.az xəbər verir ki, hər iki klubun bu mövsüm səfər komandalarının azarkeşlərinin liqa oyunlarına buraxılmaması ilə bağlı təqdim etdiyi yazılı müraciət Trabzon İl İdman Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.
Görüş "ağ-qara"lı azarkeşlərin iştirakı olmadan "Papara Park" stadionunda keçiriləcək.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə matç zamanı stadion və ətraf ərazilərdə 3000 təhlükəsizlik əməkdaşı vəzifə başında olacaq.
- Dursun Özbek: “Qalatasaray"ın qanunsuz mərclərlə heç bir əlaqəsi yoxdur”
- Bundesliqa: "Bavariya"dan darmadağın
- Bəhlul Mustafazadə: "Titullarımızın sayını artırmaq istəyirik"
- “Samsunspor”dan İrfan Can Eğribayat üçün rəsmi təklif
- Nadir Nəbiyev: "İndiki halda limitin ləğv olunmasını istəməzdim, ancaq.."
0
0