"Qarabağ"ın futbolçusu mövsümün rekorduna imza atıb
05.05.2025 - 09:33

"Qarabağ"ın futbolçusu Amil Rzayev Misli Premyer Liqasında 2024/2025 mövsümünün rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, XXXIII turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.
O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.
Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.
- Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim edilib – FOTO
- "Anderlext"in baş məşqçisi: "Cavab matçında hər şey mümkündür"
- Yeniyetmə cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
- Serdar Dursun İranlı azarkeşləri hövsələdən çıxartdı - VİDEO
- "İnter"in qapıçısı "Barselona" ilə oyunun ən yaxşısı seçilib - VİDEO
0
0