“Sabah”da yubiley
10.11.2025 - 10:32
Aleksey İsayev “Sabah”in heyətində 100-cü çempionat oyununu keçirib.
Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XI turuna təsadüf edib. O, “Kəpəz”lə səfər görüşündə sonradan meydana çıxıb.
2020-23-cü illərdə də “Sabah”da oynayan, cari mövsümün gedişində kluba dönən Aleksey 100 oyunda 11 qol vurub.
Qeyd edək ki, İsayev “Sabah”dan başqa “Sumqayıt” və “Qarabağ”da da çıxış edib. O, Premyer Liqada ümumilikdə 182 oyunda 12 dəfə fərqlənib.
- Vasili Berezutski: "Bizim istəyimizə uyğun futbolçu deyillər"
- Atletimiz Balkan çempionatının qızıl medalını qazanıb
- “Yuventus”dan tarixi qələbə: 8 ildən sonra ilk dəfə
- İslam Oyunları: İdmançılarımız 2 növdə qızıl üçün yarışacaqlar
- “Benfika” və “Bavariya” səfərdə, “Feyenoord” isə evdə qalib gəldi - YENİLƏNİB
0
0