"Sabah"dan "Fiorentina"ya - Rəsmi
10.11.2025 - 13:22
Kristian Sebalyos "Sabah"ın məşqçilər korpusundan ayrılıb.
Apasport.az xəbər verir ki, gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.
Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.
- "Aston Villa" - "Tottenhem" oyununun tarixi dəyişdirilib
- “Sabah”ın U-10 komandası Rusiyada beynəlxalq turnirə qatılıb
- "Fənərbaxça"-"Feyenoord" matçının hakimləri açıqlanıb
- Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi
- Qara Qarayev: "Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməliyik"
0
0