U-17 və U-19 millilərimizin rəqibləri məlum olub
10.06.2025 - 12:29
17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib.
B Liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.
B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.
Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.
- "Tottenhem"in futbolçusu əməliyyat olunub
- Jesus "Əl-Hilal"dan ayrıldı - Rəsmi
- “Qəbələ”nin ispan futbolçusu: “Qarabağ” "Atletik"lə oyunda yaxşı nəticə əldə edə bilər"
- "Aruka"nın fədakar azarkeşi 1448 km yol qət etdi, komandasını tək buraxmadı - VİDEO
- "Marsel" Ronaldonun komanda yoldaşı ilə maraqlanır
0
0