Seneqal millisinin ehtiyat qapıçısı Yehvan Diuf Afrika Millətlər Kubokunun finalında Mərakeşlə matçın mübahisəsiz ən dəyərli oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, o, qarşılaşma zamanı fədakarlığı ilə diqqət çəkib.
Final zamanı maraqlı və qeyri-adi epizod yaşanıb. Rəqib komandanın tərəfdarı olan mərakeşli top daşıyan uşaqlar Eduar Mendinin əlcəklərini qurutmaq üçün istifadə etdiyi dəsmalı götürməyə cəhd ediblər.
Bu məqamda Yehvan Diuf dərhal müdaxilə edərək Mendinin dəsmalını geri alıb və komanda yoldaşının oyun ritminin pozulmasına imkan verməyib.
Həmin epizod sosial şəbəkələrdə də geniş rezonans doğurub.
Matçdan sonra Yehvan Diuf Mendinin dəsmalı və çempionluq medalı ilə bağlı paylaşım edib.

- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
- Bakıda qolsuz sülh - YENİLƏNİB
- Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar
- Qəzənfər Abbasov: "Qırmızı vərəqə almasaydılar, hesab belə bitməyəcəkdi"
- Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb