Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb
28.04.2025 - 08:57
İtaliya A Seriyasının XXXIV turunda “İnter” və “Roma”nı qəbul edib.
Apasport.az xəbər verir ki, Klaudio Ranyerinin rəhbərliyi altında keçirilən görüşdə "Roma" 1:0 hesabı ilə qələbə qazanıb. 3 xallıq qolu 22-ci dəqiqədə Matias Soul vurub.
Bununla belə, Ranyerinin rəhbərliyi altında heç bir matçda məğlub olmayan “Roma” qələbə seriyasını 18-ə çatdırıb.
“Roma” bu oyunlarda 13 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib.
Qeyd edək ki, bu nəticə ilə "Roma" xallarını 60-a yüksəldib. 71 xalı olan "İnter" isə "Napoli" ilə çempionluq yarışında böyük zərbə alıb.
- Rafinya "Barselona"nın təklifindən razı deyil
- “Benfika” və “Bavariya” səfərdə, “Feyenoord” isə evdə qalib gəldi - YENİLƏNİB
- "Fənərbaxça" ilə oyundan öncə "Ştutqart"da ciddi itki
- "Bavariya" "Bayer"in futbolçusunu transfer etməyə yaxındır
- "Qarabağ"ın oyunu üçün İspaniyaya gedəcək azarkeşlərin diqqətinə!
0
0