"Fənərbaxça"-"Feyenoord" matçının hakimləri açıqlanıb
28.07.2025 - 23:35
"Fənərbaxça"-"Feyenoord" matçının hakimləri açıqlanıb

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Feyenoord" matçının hakimləri açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

İlk oyunu Qlenn Nyberq, cavab oyununu isə İştvan Kovaç idarə edəcək.

Qeyd edək ki,  "sarı-lacivərtli"lər ilk oyununu avqustun 6-sı Bakı vaxtilə 23:00-da səfərdə keçirəcək.

Cavab oyunu isə 12 avqust saat 21:00-da İstanbulda baş tutacaq.