Boksçularımız Debretsendə beynəlxalq turnirdə mübarizə aparacaq
10.03.2025 - 17:17
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.
Apasport.az xəbər verir ki yarışda Azərbaycan millisi 6 idmançı ilə təmsil olunacaq.
Məşqçilər heyəti Debretsendə Tural Sarıyev (50 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (65 kq), Mehdi Həsənov (70 kq), Fəqan Məmmədov (80 kq) və Sürət Qarayevə (90 kq) şans verəcək.
Qeyd edək ki, martın 11-də start götürəcək turnir ayın 15-də başa çatacaq.
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Qalatasaray" - "Trabzonspor" matçında qol səsi çıxmadı
- "Sabah"ın baş məşqçisi: "Futbolçularımın oyunu çevirmək üçün keyfiyyəti var"
- Premyer Liqada yeni mövsümün start tarixi müəyyənləşdi
- Karateçimiz Çində gümüş medal qazanıb - YENİLƏNİB
0
0