İslamiada: Millimiz yarımfinalda
10.11.2025 - 13:35
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, cüdo yığmamız 1/4 finalda qarışıq komanda yarışında Səudiyyə Ərəbistanla üz-üzə gəlib.
Yığma komandamız ev sahiblərini 4:0 məğlub edərək yarımfinala yüksəlib.
Millimiz növbəti raundda Qazaxıstanla qarşılaşacaq.
Qeyd edək ki, komandada ölkəmizi Fidan Əlizadə, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil edib.
- Millimiz macarlara məğlub oldu - YENİLƏNİB
- Felipe Santos: "Çətin ki, "Araz-Naxçıvan"da qalım" - Müsahibə
- Okan Buruk: "Yorğunluğumuz bizi geri çəkilməyə məcbur etdi"
- "Neftçi" Samir Abasovla nail olduğu uğura yenidən imza atacaq”
- Aslan Kərimov: "Ukrayna ilə matç Fransa ilə oyundan daha çətin olacaq" - Açıqlama
0
0