
Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının üçüncü günündə milli komandamız daha 2 medal qazanıb.
Apasport.az xəbər verir ki, qitə turnirində ölkəmizin yeganə qadın təmsilçisi Zülfiyyə Hüseynova (F-6, -70 kq) bütün rəqiblərinə ipponla qalib gələrək Avropa çempionu olub.
M-1 yaş kateqoriyasında çıxış edən Samir İsmayılov (-73 kq) isə üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl Fərhad Rəcəbli (M-8, -90 kq), Babək Hacıyev (M-4, -60 kq), Vaqif Kərimov (M-4, -73 kq), Emil Hüseynov (M-4, -100 kq) qızıl, Samir İsmayılov (M-3, -81 kq) bürünc medal qazanıb.
Beləliklə, aktivində 7 medal (5 qızıl, 2 bürünc) olan yığmamız 37 ölkə arasında kişilərin mübarizəsində 4-cü, ümumi komanda sıralamasında isə 5-ci pillədə qərarlaşıb.
- "Mançester Yunayted" Delap üçün transfer yarışına qoşulub
- "Real Madrid" daha bir futbolçu ilə müqavilə imzalayacaq - yayın son transferi
- Türkiyə Super kubokunun yarımfinal cütləri bəlli olub
- FIFA referisi I Liqaya vəsiqə uğrunda pley-off görüşünə təyinat alıb
- Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə