Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 30-cu Bakı çempionatı yekunlaşıb.
Apasport.az xəbər verir ki, 3 gün davam edən yarışda “Ocaq Sport” Klubu, “Grasiya İdman” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı və Zirə Mədəniyyət Mərkəzinin gimnastları çıxış ediblər.
Çempionatda balacalar (2015, 2016, 2017-ci il), yeniyetmələr (2012, 2013, 2014-cü il) və gənclər (2010, 2011, 2009-cu il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar müxtəlif alətlərlə - lent, halqa, top və gürzlərlə öz performanslarını təqdim ediblər.
Yarışın ilk günündə təsnifat mərhələsi keçirilib. İkinci gündə balacalar və yeniyetmələr arasında müxtəlif alətlər üzrə qaliblər müəyyən olunub və mükafatlandırılıb. Sonuncu gündə isə yeniyetmələr və gənclər arasında final mərhələsi baş tutub. Final nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar ilk üçlükdə qərarlaşıblar.
- NBA: "Leykers"dən növbəti qələbə, "Hyuston Rokets" məğlub oldu
- "Neymarın gəlişindən sonra "Santos"un azarkeşləri çoxalıb" - Klub prezidenti
- “Atalanta” tarixində 5-ci dəfə Çempionlar Liqasına vəsiqə qazanıb
- Sabiq "Fənər"lilər Tedeskonun transfer siyahısında - Ferdi Kadıoğlu, Kim Min Je...
- Slavko Vinçiçin derbidən qazandığı məbləğ bəlli olub