Alvarez müəyyən şərtlərlə "Atletiko"dan ayrıla bilər
13.06.2025 - 09:16
"Atletiko Madrid"in hücumçusu Xulian Alvarez klubunu dəyişmək istəyir.
Apasport.az "El Nacional"a istinadla xəbər verir ki, qarşıdakı mövsümdə Madrid klubunun nəticələri yaxşılaşmasa, forvard klubdan ayrılacaq.
"Barselona" 25 yaşlı futbolçuya əsas namizəd hesab olunur.
İddialara görə, Kataloniya nəhənginin prezidenti Joan Laporta Alvarezi Robert Levandovskinin əvəzləyicisi kimi görür.
"Transfermarkt"ın məlumatına görə, Alvarezin transfer dəyəri 100 milyon avrodur. Dünya çempionunun "Atletiko" ilə müqaviləsi 2030-cu ilə kimidir.
- "Qalatasaray"ın sabiq futbolçusu həbs olunub - 1 il 8 ay
- "Benfika" "Real Madrid"dən 50 milyon avro istəyir
- "Qalatasaray" - "Trabzonspor" matçında qol səsi çıxmadı
- "Qarabağ" - "Səbail" matçının biletləri satışa çıxarılıb
- Azər Məmmədov : "Legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim"
0
0