Ançelotti milli üçün əsas namizəddir
11.02.2025 - 15:25

La Liqa təmsilçilərindən “Real”ın baş məşqçisi Karlo Ançelotti klubunu milli komandaya dəyişə bilər.
Apasport.az xəbər verir ki, Braziliya Futbol Federasiyası italiyalı mütəxəssisin xidmətində maraqlıdır.
Bildirilir ki, bu ölkənin nümayəndələri Ançelotti ilə əlaqə saxlayaraq, ona Braziliya millisinə rəhbərlik etməyi və 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər işləməyi təklif ediblər. Mütəxəssis bu ilin mayına qədər qərar verəcək.
Ançelottinin komandası hazırda 50 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.
- Xabi Alonso: "Həmişə ən yaxşı komanda qalib gəlmir"
- Cüdoçularımızın "Böyük Dəbilqə" turnirindəki ilk rəqibləri müəyyənləşib
- Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb
- 2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək
- Hakimlərimiz Avropa çempionatı matçlarına təyinat alıblar
0
0