Apasport.az xəbər verir ki, “Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo yenidən meydana qayıtmağa hazırlaşır.
Apasport.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, təcrübəli müdafiəçi fitnes məşqçisi ilə fərdi proqram əsasında çalışır.
Uruqvaylı futbolçu Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirilən və 0:3 hesabı ilə başa çatan oyundan bəri forma geyinmir. Həmin qarşılaşmada ilk hissədə qırmızı vərəqə alan Arauxo komandasını çətin vəziyyətdə qoymuşdu.
O, Londonda aldığı qırmızı vərəqədən sonra yaşadığı və daha da dərinləşən psixoloji problemlər səbəbindən müvəqqəti olaraq Kataloniya klubundan ayrılmışdı. Onun yaxın vaxtlarda komandaya qoşulacağı gözlənilir.
- Sabiq "Fənər"lilər Tedeskonun transfer siyahısında - Ferdi Kadıoğlu, Kim Min Je...
- Kenan Yıldız: "Meydandakı tək ulduz mən deyildim"
- Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib
- “Qalatasaray”dan transfer bombası: “İnter”in ulduzu üçün 35 milyon avro
- "Qalatasaray" - "Trabzonspor" matçında qol səsi çıxmadı