"Arsenal" Qabriel ilə danışıqlara başlayıb
30.05.2025 - 11:54
Braziliyalı mərkəz müdafiəçisi Qabriel Londonun "Arsenal" klubu ilə yeni müqavilə imzalaya bilər.
Apasport.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin əldə etdiyi məlumata görə, “topçular”ın nümayəndələri futbolçunun agenti ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb. Tərəflər razılığa yaxındırlar.
Qabrielin hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq.
Ötən mövsüm braziliyalı İngiltərə Premyer Liqasının 28 oyununda iştirak edib, 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
- Felipe Santos: "Keçən mövsüm əldə etdiyimiz nəticəni yaxşılaşdırmaq istəyirik"
- Luis Enrike: “Əşrəf Hakimi oynaya bilməyəcək”
- U-12 basketbol liqasında finalın adı bəlli olub
- Zədəli futbolçular üçün son sınaq: Duran və Ederson "Ştutqart" matçında oynaya bilər
- Fransa 56 ildən sonra ilk dəfə 5 qol buraxıb
0
0