Barış Alper Yılmaza Avropadan elçilər: Getmək istəyir
20.06.2025 - 11:39
Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz yay transfer pəncərəsində “Qalatasaray”dan ayrıla bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
25 yaşlı vingerlə maraqlanan komandalar arasında “Vest Hem”, “İnter” və “Leypsiq” kimi klublar var.
İddialara görə, Barış "Qalatasaray" rəhbərliyinə də komandadan ayrılmaq istədiyini bildirib.
Qeyd edək ki, Barış Alper Yılmaz başa çatan mövsümdə 48 oyunda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.
- Elvin Bədəlov 200-cü oyununu keçirib
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Napoli” – “Qarabağ” oyununun hakimləri açıqlanıb
- Ülvi İsgəndərov: "Onun yoxluğu bizim üçün çətindir" - Müsahibə
- Trent Buhagiar: "Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır"
0
0