UEFA Ukrayna Futbol Assosiasiyasını (UAF) növbəti dəfə cərimə edib.
Apasport.az xəbər verir ki, ukraynalılar azarkeşlərin davranışları ilə bağlı iki ayrı pozuntuya görə ümumilikdə 19 min avro ödəməli olacaq.
UAF azarkeşlərin meydana daxil olmasına görə 10 min avro, tribunalarda pirotexniki vasitələrdən istifadə edilməsinə görə isə 9 min avro cərimələnib.
Bu qayda pozuntuları DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə keçirilən son matçda qeydə alınıb.
Bundan başqa, UEFA ukraynalı azarkeşlərin Rusiya ilə bağlı nümayiş etdirdiyi bannerlə bağlı araşdırmanı da yekunlaşdırıb. Söhbət AVRO-2024-ün seçmə mərhələsində Bosniya və Herseqovina ilə oyun zamanı tribunada asılmış pankartdan gedir. UEFA bannerin məzmununun “siyasi və təxribat xarakterli” olduğunu bildirərək UAF-ı əlavə 15 min avro cərimələyib.
Beləliklə, Ukrayna Futbol Assosiasiyası toplam 34 min avro cərimə ilə üzləşib.
- “Qarabağ” tarixi rekordunu təkrarladı
- Maqsud Adıgözəlov: "Nəticələrdən narazıyıq, Berezutskidən yox"
- Qurban Qurbanov: "Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik"
- "Borussiya"nın oyunçusu "Çelsi"nin əsas hədəfi olaraq qalır
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO