“Barselona”dan tarixi qol seriyası
14.12.2025 - 10:19
La Liqanın 16-cı turunda “Barselona” "Osasuna"nı (2:0) məğlub edib.
Apasport.az xəbər verir ki, qarşılaşma “Barselona” üçün əlamətdar olub.
Belə ki, komanda ardıcıl 37-ci liqa matçında qol vurmağı bacarıb. Bu göstərici klub tarixində ikinci ən uzun seriyadır.
Sözügedən nəticə 2018-ci ilin fevralından 2019-cu ilin fevralına qədər Ernesto Valverdenin baş məşqçi olduğu dövrdə qeydə alınan seriya ilə eynidir.
Qeyd edək ki, 2012-ci ilin fevralından 2013-cü ilin oktyabrına qədər “Barselona” ardıcıl 63 liqa oyununda qol vuraraq tarixi rekord müəyyənləşdirmişdi.
- "Azərreyl" voleybolçusu ilə müqavilə müddətini uzadıb
- Tadiç və Cekodan sonra o da "Fənər"dən ayrılır
- Lukas Torreyra: "Heç bir futbolçu "Qalatasaray"dan üstün deyil”
- Çempionlar Liqasının əsas favoriti bəllidir - Siyahı
- “Beşiktaş”ın Trabzonspor derbisi üçün heyəti açıqlanıb – Rafa Silva siyahıda yoxdur
0
0