"Brügge"nin futbolçusu "Siti"nin hədəfində
27.05.2025 - 14:35
"Brügge"nin yarımmüdafiəçisi Ardon Yaşari karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "şəhərlilər" isveçrəli yarımmüdafiəçini yay transfer siyahısına əlavə ediblər.
Bu transfer üçün Premyer Liqa klubunun Belçika təmsilçisinə 35 milyon avro ödəyəcəyi gözlənilir.
Bu mövsüm Yaşari bütün turnirlərdə 52 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun "Brügge" ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
- Uduzdu, söydü, cəzalandı: Alleqri bildiyimiz kimi
- Albaniyadan Zamiq Əliyev və Yusif İmanov barədə açıqlama
- "Aruka"nın fədakar azarkeşi 1448 km yol qət etdi, komandasını tək buraxmadı - VİDEO
- A Seriyası: “Udineze” qələbə qazandı, “Napoli” büdrədi
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
0
0