"Çelsi" Bundesliqadan futbolçu transfer edir
04.06.2025 - 09:58
Londonun "Çelsi" klubu daha bir transferini yekunlaşdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Ceymi Qittensin transferində irəliləyiş var.
Enzo Mareskanın komandası cinah oyunçusu üçün 35 milyon avro və bonuslar təklif edib. 20 yaşlı futbolçunun "Borussiya" ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, o, bu mövsüm Bundesliqada 32 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
- Argentina millisinin üzvü "Milan"ın radarına düşüb
- Arif Əsədov: "Ukrayna çox güclü rəqibdir, amma şans hər zaman var" - Müsahibə
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Xabi Alonso qərarını verib: Addım-addım Madridə
0
0