"AZ Alkmaar" klubunun 19 yaşlı yarımmüdafiəçisi Kes Smit karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az "Goal.com" saytına istinadla xəbər verir ki, Londonun “Çelsi” klubu perspektivli futbolçu ilə yaxından maraqlanır. Mənbə bildirir ki, “mavilər” yay transfer pəncərəsində Smiti heyətinə qatmağa cəhd göstərəcək.
Hazırda gənc yarımmüdafiəçinin Niderland klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Smitin bazar dəyəri 22 milyon avro təşkil edir.
Smit 2025/2026 mövsümündə bütün turnirlərdə 25 oyunda forma geyinib, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.