“Qalatasaray” klubunun prezidenti Dursun Özbek Superkubok finalından sonra ictimaiyyətə müraciət edib.
Apasport.az xəbər verir ki, klub rəhbəri məğlubiyyətin azarkeşləri dərindən məyus etdiyini bildirərək yaranmış vəziyyətlə bağlı açıqlamalar verib.
Özbek ilk olaraq pis hava şəraiti səbəbindən azarkeşlərə paylanan yağış geyimləri ilə bağlı yaşanan narazılığa görə üzr istəyib. O, ortaya çıxan mənzərənin “Qalatasaray”a yaraşmadığını və bu cür problemlərin gələcəkdə təkrarlanmayacağını vurğulayıb.
Transfer siyasəti ilə bağlı tənqidlərə də toxunan klub rəhbəri bildirib ki, “Qalatasaray” hədəflərinə sıradan transferlərlə deyil, keyfiyyət, vizyon və düzgün planlama ilə çatmağı qarşısına məqsəd qoyub. Prezident azarkeşləri səbirli olmağa və kluba güvənməyə çağırıb.
Açıqlamada matç öncəsi türk futbolunun önəmli simalarından olan Gökmen Özdenakın xatirəsinə keçirilən sükut zamanı rəqib tribunalardan səslənən təhqiramiz şüarlar, eləcə də oyundan sonra edilən bəzi sosial media paylaşımları sərt şəkildə tənqid olunub. Dursun Aydın Özbek bu məsələ ilə bağlı Türkiyə Futbol Federasiyasını tədbir görməyə çağırıb.
Prezident qeyd edib ki, “Qalatasaray” ictimaiyyəti yaşadığı hər bir məyusluqdan güclənərək çıxmağı bacarıb. O, son üç ildə olduğu kimi, azarkeşləri yenidən sevindirəcəklərinə əmin olduğunu bildirib.
- "Sabah" "Dinamo"nu darmadağın etdi - 10:1
- "Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi baş məşqçisi ilə yollarını ayırıb
- Cüdoçularımız Tbilisi Böyük Dəbilqə turnirində iştirak edəcəklər
- Mahmut Uslu: "Ali Koç bir həftə içində istefa verməsə, mən də..."
- "Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb