“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını başqa bir İtaliya klubunda davam etdirə bilər.
Apasport.az "La Stampa"ya istinadən xəbər verir ki, “İnter” 25 yaşlı serbiyalı futbolçu ilə maraqlanır.
Məlumata görə, Milan təmsilçisi hücumçunu mövsümün sonunda azad agent kimi, yəni pulsuz transferlə heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Vlahoviçin “Yuventus”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Serbiyalı forvard 2022-ci ilin yanvar ayında Turin klubuna qoşulub.
Bu mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edən Duşan Vlahoviç 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Nüfuzlu Transfermarkt portalı futbolçunun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirirlər.
- AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər
- FIFA-nın dəstəyi ilə Bakıda kütləvi futbol festivalı keçirilib
- Sabiq "Fənərbaxça"lı 2 il futboldan uzaqlaşdırıldı
- Saka "Arsenal"ın ən çox maaş alan oyunçusu olacaq
- Azərbaycan Kuboku: “Neftçi” – “Sabah” matçının təyinatları bəlli oldu