Edin Cekonun burnu sınıb
22.03.2025 - 10:37

"Fənərbaxça"nın futbolçusu Edin Cekonun çıxış etdiyi Bosniya və Herseqovina millisi Dünya Çempionatının təsnifat mərhələsində Rumıniyanın qonağı olub.
Apasport.az xəbər verir ki, qarşılaşmaya ilk 11-də başlayan Ceko ikinci hissənin əvvəlində Samed Bazdar ilə əvəzlənib.
Buna 39 yaşlı futbolçunun burnundan zədə alması səbəb olub.
İlkin məlumata görə, Cekonun vəziyyəti ciddidir və qarşıdakı matçları buraxacaq. Onun durumuna ətraflı müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Bosniya və Herseqovina səfərdə Rumıniyanı məğlub edib - 1:0.
- KDÇ-də sensasiya: Favoritlər mübarizəni dayandırıb - YENİLƏNİB
- Fernandu Santuş: "Onlar özlərini göstərəndə dəvət alacaqlar"
- "Benfika" "Real Madrid"dən 50 milyon avro istəyir
- Gimnastlarımız beynəlxalq turnirdə iki medal qazanıblar
- Birinci Liqa: "Qəbələ" və "Karvan"dan qələbə, "Mingəçevir"dən heç-heçə - YENİLƏNİB
0
0