"Fənərbaxça"nın 6 futbolçusu derbidə oynamayacaq - Rəsmi
20.12.2025 - 23:10
“Fənərbaxça”nın 6 futbolçusu Türkiyə Kubokunda “Beşiktaş”a qarşı keçiriləcək oyunu buraxacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Şəxsi və ailə səbəbləri ilə bağlı olaraq əvvəlcədən razılaşdırılmış şəkildə Ederson və Con Duran qarşılaşmanın heyətində yer almayacaq.
Bundan əlavə, Fred cəza səbəbindən matçı buraxacaq. Edson Alvarez, Arçi Braun və Nelson Semedo isə zədə səbəbindən “Beşiktaş”la oyunda iştirak etməyəcəklər.
Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" matçı dekabrın 23-ü saat 21:30-da start götürəcək.
- Prokurorluq Barış Alper Yılmaz və Abdülkerim Bardakçı ilə bağlı açıqlama yayıb
- Slavik Alxasov: "Qərar verilib, bununla barışmalıyıq"
- PSJ-nin yarımmüdafiəçisi: "Liverpul"dan daha güclüyük"
- Avarçəkənlərimiz "Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb
- Yığmamız “Strandja” turnirini 4 medalla başa vurub
0
0