İtaliya çempionatı: “Komo”dan darmadağın, “Fiorentina” məğlub oldu
28.12.2025 - 00:47
İtaliya A Seriyasında 17-ci turun bir neçə oyunu başa çatıb.
Apasport.az xəbər verir ki, keçirilən qarşılaşmalarda həm minimal hesablı qələbələr, həm də məhsuldar oyunlar qeydə alınıb.
“Parma” doğma meydanda “Fiorentina”nı 1:0 hesabı ilə məğlub edib. Turun ən məhsuldar görüşü isə “Komo” – “Leççe” matçı olub. Meydan sahibləri rəqibini 3:0 hesabı ilə darmadağın ediblər.
“Torino” – “Kalyari” qarşılaşmasında qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Udineze” ilə “Latsio” arasında baş tutan oyunda isə qalib müəyyənləşməyib – 1:1.
0
0