"Liverpul" "Real Madrid" ulduzu üçün 130 milyon avro xərcləməyə hazırdır
14.07.2025 - 18:53

"Real Madrid"in hücumçusu Vinisius Junior "Liverpul"a keçə bilər.
Apapsort..az xarici KİV-ə istinadla xəbər verir ki, “qaymaqlılar” 25 yaşlı braziliyalı futbolçunu satmağa hazırdır .
Məlumata görə, “Liverpul” Vinisius üçün “Real Madrid”ə 100 milyon avroluq təklif hazırlayır.
Mersisaydlılar daha 30 milyon avro bonus təklif edəcək.
2024/25 mövsümündə Vinisius bütün yarışlarda 58 matçda iştirak edib, 22 qol vurub və 19 məhsuldar ötürmə edib.
0
0