"Mançester Yunayted" "Benfika"nın yarımmüdafiəçisini istəyir
11.03.2024 - 12:56
“Benfika”nın yarımmüdafiəçisi Joao Neves karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted” 19 yaşlı portuqaliyalını sıralarına qatmaq istəyir.
“Qırmızı şeytanlar”ın yeni sahibi Cim Ratkliff Neveslə müqavilə imzalamaqda maraqlıdır.
Transferin dəyəri dəyəri 117 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Joao “Benfika Akademiyası”nın yetirməsidir. Cari mövsümdə yarımmüdafiəçi Lissabon klubunun heyətində 43 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Bernd Ştange Peşəkar Futbol Liqasının qonağı oldu
- Şahmat üzrə “Baku Open-2025” turnirinin başlama tarixi açıqlanıb
- Millimizin 2 boksçusu Debretsendə beynəlxalq turnirə qələbə ilə başlayıb
- Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə
- "Fənərbaxça" - "Trabzonspor" matçının hakimi bəlli olub
0
0