“Milan”ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubla yollarını ayıracaq.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb.
Klub rəhbərliyi portuqaliyalı mütəxəssislə yola davam etmək istəmir.
Konseysaonun “rossoneri” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.
50 yaşlı çalışdırıcı bu vəzifəyə 2024-cü ilin dekabr ayında gətirilib. Onun rəhbərliyi altında “Milan” bütün turnirlərdə 24 oyunda iştirak edib. Bu matçlarda komanda 11 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə məğlub olub.
Konseysao ilə yanaşı, “Çelsi”dən icarəyə götürülmüş Joao Feliks də komandanı tərk edəcək. Hər iki portuqaliyalının yay aylarında “Milan”dan ayrılması artıq demək olar ki, dəqiqləşib.
Qeyd edək ki, “Milan” A Seriyasının 33 turundan sonra 51 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
- Arif Əsədov: "Ukrayna çox güclü rəqibdir, amma şans hər zaman var" - Müsahibə
- AFFA rəsmiləri Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
- AKAF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək
- Afrika Millətlər Kuboku: Yerlərdə süründü, dəsmalı vermədi, qəhrəman oldu - VİDEO
- "Traktor"un qolu azarkeşin gözü ilə - VİDEO