"Real" Alonso ilə anlaşıb - KİV
09.05.2025 - 11:17
La Liqa nəhənglərindən "Real Madrid" yeni baş məşqçi ilə razılığa gəlib.
Apasport.az “Marca”ya istinadla xəbər verir ki, “kral” klubunun rəhbərliyi hazırda “Bayer”də çalışan ispan mütəxəssis Xabi Alonso ilə 3 illik müqavilə imzalayıb.
Baş məşqçi cari mövsümün sonunda Madrid nəhənginə qoşulacaq.
Alonso "Los Blancos"un sükanı arxasında italyan baş məşqçi Karlo Ançelottini əvəz edəcək.
Qeyd edək ki, "Real" bu mövsüm UEFA Çempionlar Liqası və Kral Kubokunda uğursuzluqlar yaşayıb. La Liqa turnir cədvəlində isə Madrid klubu lider "Barselona"dan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
- "Real" Kurtuanı komandada saxlayacaq
- “Neftçi” – “Turan Tovuz” matçının təyinatları açıqlanıb
- İslam Oyunları: Nigar Mirzəzadə yarımfinalda məğlub olub
- Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib
- Elmira Aslanova: "Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi" - Müsahibə
0
0