"Real Madrid" illik 100 milyon avro dəyərində yeni müqavilə imzalaya bilər
11.01.2026 - 16:43
"Real Madrid" illik 100 milyon avro dəyərində yeni müqavilə imzalaya bilər

"Real Madrid"in titul sponsoru ilə yeni, daha gəlirli razılaşma imzalaması gündəmdədir.

Apasport.az AS-a istinadən xəbər verir ki, “kral klubu” "Emirates Airlines" ilə maliyyə baxımından daha əlverişli şərtlərlə yeni müqavilə imzalaya bilər. Razılaşma baş tutacağı təqdirdə Madrid təmsilçisi mövsüm ərzində 100 milyon avrodan çox gəlir əldə edəcək.

Hazırda “Real Madrid”in aviaşirkətlə tərəfdaşlıqdan qazancı 70–80 milyon avro civarındadır. Tərəflər arasında mövcud müqavilənin müddəti iyun ayının sonunda başa çatacaq.

Qeyd edək ki, Xabi Alonsonun komandası bu mövsüm İspaniya çempionatının turnir cədvəlində 45 xalla ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.